525.az saytına istinadən ain.az xəbər verir.
İsrail Livanı şiə hərəkatı Hizbullahın ABŞ və İran arasında potensial münaqişəyə müdaxilə edəcəyi təqdirdə ərazisindəki hədəflərə güclü zərbələr hədələyib.
525.az xəbər verir ki, bu barədə Reuters Livanın iki yüksək vəzifəli məmuruna istinadən məlumat yayıb.
“İsrail dolayı yolla Livana Hizbullahın ABŞ və İran arasında mümkün müharibəyə müdaxilə edəcəyi təqdirdə hava limanı da daxil olmaqla, mülki infrastrukturu hədəf alan güclü zərbələr endirəcəyinə dair siqnal verib", - agentlik yazır.
Bundan əvvəl Omanın xarici işlər naziri Bədr əl-Busaidi ABŞ və İran arasında danışıqların cümə axşamı Cenevrədə keçiriləcəyini bildirib.
Pərvanə Sultanova
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.