AZ

Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi yaradılıb

Bakı. Trend:

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafıAgentliyi” publik hüquqi şəxs və “Azərbaycan Respublikasıİnvestisiyaların və İxracın Təşviqi Agentliyi – AZPROMO” publikhüquqi şəxs əsasında Azərbaycan Respublikasının İqtisadiyyatNazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesinİnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi (bundansonra – Agentlik) yaradılıb.

Trend xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlıFərman imzalayıb.

Fərman mikro, kiçik və orta biznesin inkişafı, investisiyalarınvə ixracın təşviqi sahəsində dövlət siyasətinin daha səmərəli vəəlaqələndirilmiş şəkildə həyata keçirilməsini təmin etmək məqsədiləimzalanıb.

Müəyyən edilib ki, Agentlik mikro, kiçik və orta sahibkarlığıninkişafının dəstəklənməsi, qeyri-neft (qaz) sektoru üzrəinvestisiyaların və ixracın təşviqi istiqamətində fəaliyyətgöstərən, sahibkarlıq subyektlərinin maraqlarının qorunmasındaiştirak edən, dövlət orqanlarının (qurumlarının) və sahibkarlarınbu sahədə xidmətlərini əlaqələndirən Azərbaycan Respublikasıİqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur.

Agentliyin işçilərinin say həddi cəmi 370 ştat vahidi, ocümlədən onun Aparatının işçilərinin say həddi 291 ştat vahidi,regional bölmələrinin işçilərinin say həddi 79 ştat vahidi müəyyənedilib.

Azərbaycan Respublikasının Nazirlər Kabineti aşağıdakılar barədətəkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinətəqdim etməlidir:

Üç ay müddətində:

  • Agentliyin əsasnaməsinin və strukturunun layihəsi;
  • normativ hüquqi aktların təkmilləşdirilməsi;

Doqquz ay müddətində:

  • Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə, ixracatçılaravə investorlara dövlət orqanları (qurumları) tərəfindən göstərilənxidmətlərin mərhələli şəkildə özəl sektor subyektləri tərəfindənhəyata keçirilməsi mexanizmləri;
  • Qeyri-neft (qaz) sektoru üzrə investisiyaların və ixracıntəşviqi mexanizmlərinin təkmilləşdirilməsi;
  • Bu Fərmanda göstərilən publik hüquqi şəxslərin balansında olandövlət əmlakının Agentliyin balansına verilməsini üç ay müddətindətəmin etsin;
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununauyğun olaraq, Agentliyin işçilərinin bu Fərmanın 1-ci hissəsindəgöstərilən publik hüquqi şəxslərin işçiləri hesabınakomplektləşdirilməsinin təmin edilməsi ilə əlaqədar tədbirlərgörsün;
  • Agentliyin fəaliyyətinin maliyyələşdirilməsinə dair məsələləribir ay müddətində həll etsin;
  • Agentliyin maddi-texniki təminatı məsələlərinin həlli, habeləbu Fərmanın 4.1.2.2-ci abzasında nəzərdə tutulmuş işlərin həyatakeçirilməsi ilə əlaqədar xərclərin cari ildə dövlət büdcəsindənəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsini, növbətiillərdə isə dövlət büdcəsi layihələrində müvafiq vəsaitin nəzərdətutulmasını təmin etsin və bu barədə Azərbaycan RespublikasınınPrezidentinə məlumat versin;
  • Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
  • Agentliyin əsasnaməsi və strukturu təsdiq edilənədək, buFərmanın 1-ci hissəsində göstərilən publik hüquqi şəxslər özfəaliyyətlərini davam etdirsinlər.
Seçilən
11
15
az.trend.az

10Mənbələr