AZ

Çexiyanın Baş naziri Ukraynadakı münaqişənin tezliklə bitəcəyinə ümid edir

Bakı, 24 fevral, AZƏRTAC

Çexiyanın Baş naziri Andrey Babiş Ukraynadakı münaqişənin tezliklə sona çatacağına ümidvar olduğunu söyləyib.

AZƏRTAC xəbər verir ki, hökumət başçısı bu fikri özünün sosial media hesabında yazıb. “Əvvəllər Qərbdə sülhdən danışmaq mümkün deyildi. Bu vəziyyət yalnız ABŞ Prezidenti Donald Trampın Ağ Evə gəlişi ilə dəyişib. Hazırda sülh şərtləri ilə bağlı danışıqlar aparılır və ümid edirəm ki, münaqişə tezliklə başa çatacaq”, - deyə Baş nazir bildirib.

Münaqişəni “mənasız müharibə” adlandıran Andrey Babiş Rusiyanın Ukraynadakı hərəkətlərini də tənqid edib.

Qeyd edək ki, bir müddət öncə Çexiyanın müdafiə naziri Yaromir Zuna Praqanın Ukrayna münaqişəsinin diplomatik yolla həlli variantını dəstəklədiyini təsdiqləyib. O, həmçinin Çexiyanın Ukraynaya müxtəlif yardımlar göstərməyə davam etdiyini vurğulayıb.

Seçilən
5
1
azertag.az

2Mənbələr