AZ

Kriptovalyuta ticarəti kursu

(®) “Coca-Cola İçecek” (CCI) şirkəti gənc və yenilikçi istedadların potensialına inanaraq tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verir.

“Anadolu Group”un dəstəyi ilə keçirilən müsabiqə iştirakçılara ideyalarını real biznes mühitində təqdim etmək, layihə idarəetməsi bacarıqlarını inkişaf etdirmək və şirkətin rəhbər heyəti ilə yaxından tanış olmaq imkanı yaradacaq.

Müsabiqə çərçivəsində seçilmiş yarımfinalçılar iyul ayında keçiriləcək 3 günlük “Innovation Bootcamp” proqramında iştirak edəcəklər. Proqram müddətində tələbələr layihə idarəetməsi üzrə təlimlərə qatılacaq, kouçinq və mentorluq dəstəyi alacaq, həmçinin ayrılan maliyyə dəstəyi ilə ideyalarının prototiplərini hazırlayacaqlar.

Oktyabr ayında baş tutacaq final mərhələsində ən uğurlu 3 layihə pul mükafatı qazanacaq. Bundan əlavə, birinci yerin qalibi noyabr ayında Türkiyəyə  “Anadolu Group” şirkətinə səfər etmək imkanı əldə edəcək.

“One Idea” müsabiqəsi çərçivəsində təqdim olunan layihələr şirkətin əsas fəaliyyət istiqamətləri ilə əlaqəli olmalıdır. Bu istiqamətlərə CCI məhsulları və innovasiyalar, təchizat sistemləri, istehsalat, satış, logistika, insan resursları, maliyyə, ətraf mühit, rəqəmsallaşma və texnologiyalar daxildir.

Qeyd edək ki, müsabiqənin bütün mərhələləri ingilis dilində həyata keçiriləcək.

Müsabiqədə iştirak etmək istəyən tələbələr 31 mart tarixinə qədər posterdə yerləşdirilmiş QR kodu skan edə və ya aşağıdakı link vasitəsilə qeydiyyat formasını doldura bilərlər: https://lnkd.in/dGKAEPD4

Xatırladaq ki, “Coca-Cola” məhsullarını 200-dən çox ölkədə satan qlobal içki şirkətidir və məqsədi dünya istehlakçılarını təravətləndirmək və fərqlilik yaratmaqdır. Şirkət Azərbaycandakı fəaliyyətinə 1994-cü ildə Türkiyənin beynəlxalq içki istehsalı şirkəti olan “Coca-Cola İçecek”in tərkib hissəsi olaraq “Azerbaijan Coca-Cola Bottlers”ın yaradılması ilə başlayıb. Şirkət tullantıların azaldılması, su ehtiyatının qorunması, qadın və gənclərin iqtisadi imkanlarının artırılması məqsədi ilə icma layihələrinə 3 milyon dollardan çox sərmayə yatırıb.

one-idea innovasiya müsabiqəsi tələbələr üçün startup proqramı Coca-Cola İçecek Anadolu Group dəstəyi Innovation Bootcamp proqramı layihə idarəetməsi təlimi mentorluq və kouçinq tələbələr üçün biznes təcrübəsi prototip hazırlanması maliyyə dəstəyi final mərhələsi pul mükafatı Türkiyəyə biznes səfəri imkanı CCI fəaliyyət istiqamətləri istehsalat və logistika innovasiyaları rəqəmsallaşma və texnologiya layihələri ətraf mühit və davamlılıq təşəbbüsləri insan resursları və maliyyə ideyaları ingilis dilində müsabiqə mərhələləri 31 mart qeydiyyat son tarix The Coca-Cola Company qlobal içki brendi Azerbaijan Coca-Cola Bottlers Azərbaycan fəaliyyəti sosial məsuliyyət layihələri gənclər üçün innovasiya imkanları Azərbaycanda korporativ müsabiqə 2026
Seçilən
0
marja.az

1Mənbələr