AZ

“Bu halda Britaniya və Fransaya nüvə zərbəsi qanuni addım olacaq”

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“London və Paris Kiyevə nüvə texnologiyaları ötürərsə, Ukraynadakı hədəflərə, eləcə də Böyük Britaniya və Fransaya nüvə zərbəsi endirilməsi qanuni və əsaslandırılmış addım olacaq”. 

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev MAX platformasındakı kanalında, Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin Fransa və Britaniyanın müvafiq planları haqqında məlumatını şərh edərkən yazıb. 

“Bu məlumat vəziyyəti kökündən dəyişir. Bu, müharibə aparan ölkəyə nüvə silahının birbaşa ötürülməsi deməkdir”, - Medvedev bildirib. 

Qeyd edək ki, ötən gün Rusiyanın Xarici Kəşfiyyat Xidməti Fransa və Böyük Britaniyanın Kiyevə zəruri komponentlərin və texnologiyaların, o cümlədən sualtı qayıqların ballistik raketləri üçün Fransa istehsalı olan döyüş başlıqlarının gizli yolla ötürülməsi üzərində işlədiyi barədə məlumat yaymışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
qafqazinfo.az

1Mənbələr