AZ

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqladı

Böyük Britaniya Ukraynaya qarşı davam edən müharibəyə görə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

KONKRET.az xəbər verir ki, siyahıya 297 sahə daxildir. Məhdudiyyətlər Rusiya neft ixracının 80 faizindən çoxunun daşınmasına cavabdeh olan “Transneft” şirkətinə də şamil edilib. Qeyd olunur ki, şirkətə qarşı tətbiq edilən məhdudiyyətlər “Kremlin neftinə alıcı tapmaq üçün göstərdiyi ümidsiz cəhdləri daha da çətinləşdirəcək”.

Sanksiyalar həmçinin, kölgə donanmasının ən böyük operatorlarından biri və Rusiya neftinin iri treyderi sayılan 2Rivers (Coral Energy) neft şəbəkəsinə aid olduğu iddia edilən 48 neft tankerinə və 175 şirkətə qarşı yönəlib. Financial Times yazırdı ki, ən azı 48 şirkət, o cümlədən Coral Energy, “Rosneft” yanacağının yuyulmasında iştirak edir.

Bundan əlavə, sanksiya siyahısına Rusiyaya dəstək göstərən, o cümlədən Rusiya silahları üçün mallar, komponentlər və texnologiyalar təqdim edən beynəlxalq təchizatçılar da daxil olmaqla 49 hüquqi və fiziki şəxs salınıb.

“The Sanction Laws” və “İnterfaks”ın məlumatına görə, sanksiyalara məruz qalanlar arasında “Qazprom SPQ Portovaya”, “Rosatom” strukturları, Fora-Bank, “Ak Bars” Bankı, Absolyut Bank, Transkapitalbank, “Sinara” Bankı, Lanta-Bank və “Avers” Bankı var (ümumilikdə siyahıya doqquz bank daxil edilib). Rəsmi London qeyd edir ki, Rusiya maliyyə institutları “Rusiyanın beynəlxalq bazarlara çıxışını qorumaq və hərbi fəaliyyətləri maliyyələşdirmək cəhdlərində həyati rol oynayır”.

“Bu, işğalın ilk aylarından bəri London tərəfindən tətbiq edilən ən genişmiqyaslı tədbirlər paketidir”, – deyə Böyük Britaniyanın xarici işlər naziri İvette Kuper bildirib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Seçilən
10
konkret.az

1Mənbələr