AZ

“Sosial şəbəkələrdə sağlam alternativlər formalaşdırılmalıdır”

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

Son vaxtlar sosial şəbəkələr insanlara ünsiyyət və özünü ifadə imkanları yaratsa da, lakin təhqir, böhtan və ailə dəyərlərinə hörmətsizlik halları da bir o qədər artır.

İnsanlar real həyatda deməyə çəkinəcəkləri sözləri onlayn rahat ifadə edir ki, bu da kibir zorakılığı və əsassız iddiaların yayılmasına səbəb olur.

Belə bir vəziyyət cəza tədbirlərinin sərtləşdirilməsi məsələlərini də aktuallaşdırır.

Gununsesi.info bildirir ki, məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Fazil Mustafa qeyd edib ki, sosial şəbəkələr kütləvi fikrin formalaşmasına təsir göstərir və cəmiyyətin dəyərlərinin önə çıxmasını daha qabarıq göstərir:

“Bu prosesdə mənbəsiz informasiyalar da maraqlı və cəlbedici təqdim olunduqda insanlarda daha inandırıcı görünür”.

Deputat vurğulayıb ki, peşəkarlıq yalnız texnoloji imkanları düzgün istifadə edənlərin əlində olanda cəmiyyət həyatına ciddi təsir göstərə bilər:

“Bunun əsas çıxış yolu sosial şəbəkələrdə sağlam alternativlərin formalaşmasıdır.

Cəza məsələsinin effektiv olması üçün onun real məkan üzərində təsir gücünün olması vacibdir. Sosial şəbəkələrlə bağlı qəbul olunan qanunlar müəyyən dərəcədə böhtan, şantaj və qeyri-əxlaqi təbliğatın qarşısını ala bilər.

Lakin bu kifayət deyil, çünki platformaları yaradanlar hər cəmiyyətin mədəni səviyyəsinə görə cəlb edicilik amilini ön plana çəkir və əsas məqsəd maddi qazanc və psixoloji təsir gücünü qorumaqdır. Buna görə də bu cür qanunlar müəyyən qoruyucu imkanlar yaratsa da, platformaların təsir dairəsini tam məhdudlaşdırmaq mümkün deyil”.

Şəbnəm

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
icma.az

1Mənbələr