İngiltərənin "Tottenhem" və "Brayton" klubları İspaniya təmsilçisi "Real"da çıxış edən Franko Mastantuono ilə maraqlanır.
"Far.Az" "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Premyer Liqa komandaları 18 yaşlı hücumçu üçün təxminən 50 milyon avro ödəməyə hazırdırlar.
Argentinalı oyunçu 2025-ci ildə 45 milyon avro qarşılığında "River Pleyt"dən heyətə cəlb olunub.
Qeyd edək ki, Franko Mastantuono cari mövsüm 24 oyuna 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.