Son dönəmlər dezinformasiya ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Bir anlıq sosial media məkanını şoranlaşmış torpaq kimi təsəvvür edin. Bu şoranlaşmış torpağı təmizləməyin ən effektiv yolu aqrotexniki qulluğu genişləndirmək və torpağı əkməkdir.
Bu gün sosial şəbəkələrdə yayılan xəbərlərin yalana çevrilməsinin və genişlənməsinin qarşısını almaq üçün interneti kəsmək, sosial medianı qadağan etmək və ən əsası, qanunları sərtləşdirmək effektiv çıxış yolu deyil. #Dezinformasiya ilə mübarizə elə bir sahə olmalıdır ki, bütün qurumlar, cəmiyyət və ictimai birliklər bu istiqamətdə bir hədəf ətrafında birləşə bilsinlər. Bir növ, açıq cəmiyyət modeli internet şəbəkəsinə transformasiya edilməlidir.
Eyni zamanda, ən effektiv modellərdən biri vahid kommunikasiya ofisidir. Bu model artıq Kanadada və Avropa İttifaqının bir sıra ölkələrində tətbiq edilir. Dezinformasiya ilkin mərhələdə bir alovdur və onu zamanında, düzgün idarə etməklə böyük bir yanğına çevrilməsinin qarşısını almaq mümkündür.
#Dezinformasiya ilə mübarizə konfrans və diskusiya masalarından çıxıb, neyrobioloqların,neyropsixoloqların,ciddi analitik dairələr tərəfindən araşdırılması və çox eşalonlu müdafiə və hücum planı hazırlanmalıdır.