Ceyms Milner İngiltərə premyer-liqasında yeni rekordun müəllifi olub.
"Football-plus.az" xəbər verir ki, “Brayton”un yarımmüdafiəçisi “Brentford”la matçda meydana çıxmaqla bu liqada 654-cü oyununu keçirib. 40 yaşlı futbolçu bu göstərici ilə Qaret Barrini (653 oyun) geridə qoyaraq premier-liqanın tarixində ən çox oyun keçirən futbolçu adına sahib çıxıb.
Milner indiyə qədər “Lids”, “Nyukasl”, “Aston Villa”, “Mançester Siti” və “Liverpul”un da şərəfini qoruyub. O, premier-liqa səviyyəsində keçirdiyi oyunlarda ümumilikdə 56 qol vurub və 87 məhsuldar ötürmə edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta