Rusiya Xarici Kəşfiyyat Xidməti (XKX) Böyük Britaniya və Fransanın Ukraynaya nüvə silahı verməyi planlaşdırdığını iddia edib.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, qurumun yaydığı açıqlamada bildirilir ki, London və Parisin Kiyevə nüvə bombası və ya radioaktiv material ehtiva edən "çirkli bomba” çatdırmaq üzərində işlədiyi barədə məlumatlar əldə olunub. XKX-nin iddiasına görə, belə bir addım Ukraynaya münaqişəni öz xeyrinə daha əlverişli şərtlərlə başa çatdırmaq imkanı verə bilər.
Açıqlamada qeyd olunub ki, bu cür planlar Böyük Britaniya və Fransanın "reallıq hissini itirdiyini” göstərir.
Bəyanatda həmçinin Almaniyanın sözügedən planda iştirak etməkdən imtina etdiyi də iddia edilib.
Rəsmi London və Paris tərəfindən məsələ ilə bağlı hələlik açıqlama verilməyib.