AZ

Zelenski Trampa təzyiqi artırır

Yazını böyüt
Yazını kiçilt

Volodimir Zelenski hesab edir ki, ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibəyə son qoymaq üçün Rusiyaya kifayət qədər təzyiq göstərmir.

Hafta.az xəbər verir ki, Ukrayna Prezidenti bu açıqlamanı Rusiyanın ölkəsinə hücumundan düz dörd il sonra CNN-ə müsahibəsində verib.

Zelenski hesab edir ki, Vaşinqtonun müharibəyə son qoymaq üçün Rusiyaya təzyiqi artırmasının vaxtıdır. Trampın Rusiya Prezidenti Vladimir Putinə kifayət qədər təzyiq göstərdiyinə inanması sualına Ukrayna Prezidenti “xeyr” cavabını verib.

Ukrayna lideri amerikalılar haqqında deyib:

“Mən onların bizim tərəfimizdə qalmasını istəyirəm”.

O, ABŞ-nin münaqişədən yayınmaq üçün çox böyük və vacib güc olduğunu bəyan edib.

Seçilən
20
5
hafta.az

6Mənbələr