AZ

Xamenei ölüb? İranda müəmmalı proseslər və sirr pərdəsi

ain.az, Hurriyyet saytına istinadən bildirir.

Sosial mediada İranın dini lideri Əli Xameneinin öldüyü haqda məlumatlar sürətlə yayılsa da, hələ də nə rəsmi şəkildə təsdiqlənib, nə də hansısa etibarlı mənbəyə istinad var. Ölüm xəbərinin ortaya çıxmasına səbəb Xameneinin iqamətgahının ətrafına təcili tibbi yardım maşınlarının toplanması, məhəllənin tamamilə boşaldılması, çevrədəki iaşə obyektləri və məktəblərin bağlanmasıdır. Əraziyə çoxsaylı polis qüvvələri cəlb olunub.Bunun fonunda Xameneinin ölümü haqda ehtimalları gücləndirən iki amil də var.- 87 yaşlı dini liderin özündən sonrakı dövrə hazırlıqla bağlı göstərişlər verməsi;“Nyu-York Tayms” nəşri iddia edir ki, Xamenei ölkəni müharibədən qorumaq və etirazları yatırmaq vəzifəsini Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaniyə tapşırıb. Laricani post-Xamenei dövründə yeni dini liderin seçilməsini, həmçinin, mümkün müharibədə sui-qəsdə məruz qalacaq hərbi və siyasi rəhbərlərin yerinə təyintların edilməsini də həyata keçirməlidir. Nəşrin bu iddialarından bir neçə gün sonra Xameneinin ölüm xəbərinin yayılması diqqətçəkəndir.- Ağır xəstəlik keçirən Xameneinin səhhətinin yaxşı olmamasıdır;İranın dini liderinin səhhəti ilə bağlı məlumatlar sirr kimi saxlanılsa da, zaman-zaman müəyyən informasiyalar sızır. Xameneinin ürək damarlarının daralması, öd kisəsi və prostat problemlərinin olduğu deyilir.Hələ 1991-ci ildə Xamenei öd kisəsindən əməliyyat olunub. 1998-ci ildə isə o, ürək problemlərinə görə xəstəxanada yatıb. 2014-cü ildə İranın dövlət televiziyası Xameneinin prostat əməliyyatı keçirdiyi haqda məlumat yaydı. Həkimləri bunun “adi əməliyyat” olduğunu desə də, beynəlxalq mediada dini liderin prostat xərçəngindən əziyyət çəkdiyi iddiaları yayılmışdı.İran rəsmiləri dini liderin səhhətində heç bir problemin olmadığını desələr də, onun ürək problemləri və prostat xərçənginin davam etdiyi deyilir. Xameneinin 87 yaşında olması da bu xəstəlikləri şiddətləndirib, hərəkətlərində zəifliyi, səsində titrətmələri gizlətmək mümkün deyil.Bütün bunlar diqqəti İranı dini liderinin ölüm xəbərinə yönəldir. Hərçənd, ABŞ-ın İrana hərbi müdaxiləyə hazırlaşması fonunda Xameneinin “ölüm xəbəri”nin iki mümkün hədəfi də ola bilər.Birincisi, ABŞ-ın hücumunun qarşısını almaq, ən azı ləngitmək;Vaşinqton hərbi qüvvələrini İran ətrafına toplasa da, həm ABŞ daxilində konsensusun olmaması, həm region ölkələrinin qarşı çıxmasına görə hücum etməyə tələsmir. Tramp Administrasiyasının əsas tələblərindən biri də İranda mövcud rejimin dəyişməsi, yeni liderin önə çıxmasıdır. Xamenei postundan gedərsə (ya könüllü şəkildə, ya öldüyü təqdirdə), ABŞ-ın rejimin yenilənməsi prosesini izləyəcəyi və hücumu ən azı müəyyən müddətə təxirə salacağı istisna deyil. Bu baxımdan, Xameneinin “ölüm xəbəri” İran rejiminin zaman qazanmaq gedişi kimi də görünür.İkincisi, dini liderin özündən sonra nələr olacağını “açıq gözlə” görmək istəyidir;Dini lider öldükdən sonra İranda nələrin baş verəcəyini, xüsusilə rejim daxili münasibətlərin necə olacağını yoxlamaq, post-Xamenei dövrü ilə bağlı göstərişlərini buna uyğun hazırlamaq niyyətində ola bilər. İstisna deyil ki, “ölüm xəbəri” Xameneinin istəyi/razılığı ilə ortaya atılıb.

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
1
hurriyyet.az

2Mənbələr