AZ

Metrodan istifadə azalıb, avtobus və taksi üstünlük təşkil edir

Azərbaycanda 2026-cı ilin yanvar ayında nəqliyyat sektorunda sərnişin daşımalarında artım qeydə alınıb. Ümumilikdə 167.8 milyon sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6.8% çoxdur.

Banker.az xəbər verir ki, statistikaya görə, sərnişinlərin böyük hissəsi avtomobil nəqliyyatının payına düşür.

Avtomobil nəqliyyatı ilə 149 milyon nəfərdən çox sərnişin daşınıb. Bu göstərici 2025-ci ilin yanvar ayı ilə müqayisədə 7.9% artım deməkdir.

Avtobuslarla 142.9 milyon sərnişin daşınıb və bu sahədə 8% artım qeydə alınıb.

Taksi xidmətlərindən istifadə edən sərnişinlərin sayı 6,2 milyona yaxın olub. Bu isə illik müqayisədə 5% artım göstərir.

Metro nəqliyyatında isə əksinə, azalma müşahidə olunub. Belə ki, metrodan istifadə edənlərin sayı 17.6 milyon nəfər olub və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2.2% azdır.

Seçilən
10
banker.az

1Mənbələr