AZ

"Ölkə iqtisadiyyatına daha böyük investisiyalar cəlb olunmalıdır"

Yazını böyüt
Yazını kiçilt

“2019–2023-cü illərdə Türkiyə, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Niderlandİsveçrə başda olmaqla bir sıra ölkələr tərəfindən Azərbaycanın qeyri-neft sektoruna ümumilikdə 6,2 milyard dollar investisiya yatırılıb”.

Hafta.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bugünkü plenar iclasında deputat Qüdrət Həsənquliyev səsləndirib.

Deputat qeyd edib ki, son iki ilin göstəricilərini əldə edə bilməsə də, mövcud rəqəmlər yetərli deyil:

"Azərbaycanın bir sıra inkişaf etmiş ölkələrlə strateji tərəfdaşlıq sazişləri imzaladığını deyən deputat hesab edir ki, bu əməkdaşlığın real nəticələri konkret iqtisadi göstəricilərlə ölçülməlidir".

Deputat bildirib ki, sazişlərin dəyəri həmin ölkələrin Azərbaycanın qeyri-neft sektoruna yatırdığı investisiyaların həcmi, ölkəyə gətirilən müasir texnologiyalar, yaradılan yeni iş yerləri və azərbaycanlı tələbələr üçün təmin olunan təhsil imkanları ilə qiymətləndirilməlidir. O vurğulayıb ki, hazırda dövlət idarə və müəssisələrində, eləcə də iri holdinqlərdə ixtisarlar aparılır. Kiçik və orta sahibkarlığın isə azad olunan işçi qüvvəsini tam şəkildə məşğulluqla təmin etmək imkanları məhduddur.

Deputatın fikrincə, mövcud şəraitdə ölkə iqtisadiyyatına daha böyük həcmdə xarici investisiyaların cəlb edilməsi zəruridir.

Seçilən
0
hafta.az

1Mənbələr