ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Bakının Sabunçu rayonunda 44 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin avqustun 8-də baş verib. Goranboy rayon sakini Elmar həmin gün saat 00:30-da birgə yaşadıqları evin yataq otağında həyat yoldaşı Sevil (adlar şərtidir – red.) ilə mübahisə edib.Onların arasında mübahisənin yaranmasına səbəb isə Sevilin əri ilə kobud danışması üstündə yaranıb. Yaranmış mübahisə zamanı 44 yaşlı kişi şillə ilə arvadının üz nahiyəsindən bir dəfə, əlində olan ləyənlə bir dəfə baş, əli ilə alın, təpiklə isə qol nahiyələrindən bir neçə dəfə vurub. Faktla bağlı təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İttihama münasibət bildirən Elmar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, həyat yoldaşı ilə barışıb. Zərərçəkmiş də ifadəsində ərini bağışladığını, ona qarşı şikayətini geri götürdüyünü deyib. Sabunçu Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.