AZ

Azərbaycan Belçikadan kakao tədarükünü bərpa edib

Ötən il Azərbaycan 7,2 milyon ABŞ dolları dəyərində 924,5 ton kakao tozu idxal edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 5 % çox, kəmiyyət olaraq – 27 % azdır.

Hesabat dövründə Azərbaycan Türkiyədən 3,89 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 6 % az) 455 ton (-30 %), Almaniyadan 1,25 milyon ABŞ dolları dəyərində (+3,3 dəfə) 147 ton (+2,7 dəfə), Niderlanddan 572 min ABŞ dolları dəyərində (-30 %) 54 ton (-70 %), Malayziyadan 479 min ABŞ dolları dəyərində (+2,7 dəfə) 100 ton (+2,6 dəfə), Qanadan 268 min ABŞ dolları dəyərində (+5 dəfə) 20,5 ton (+54 %) məhsul alıb.

Azərbaycan 3 il 4 aylıq fasilənin ardından Belçikadan tədarükü (29 min ABŞ dolları dəyərində 2,7 ton) bərpa edib.

2024-cü ildə Azərbaycana idxal edilmiş 1 271 ton kakao tozunun 51 %-i Türkiyənin payına düşüb.

Seçilən
10
1
far.az

2Mənbələr