AZ

Qadın xokkeyçilər Trampla görüşdən imtina edib

Reyting.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İtaliyada keçirilən Olimpiadada qızıl medal qazanan ABŞ qadın xokkey komandası prezident Donald Trampın dəvəti ilə Ağ evə getməyəcəyini açıqlayıb.

Reyning.az “NBC News”ə istinadla bildirir ki, fevralın 24-də Tramp ənənəvi birlik çıxışını edəcək.

O, Olimpiadada qızıl medal qazanan ABŞ kişi xokkey komandasını Ağ evə dəvət edib. Oyunçularla telefon danışığı zamanı Tramp deyib ki, qadın komandasını da dəvət etməli olacaq. Daha sonra o, zarafatla bildirib ki, qadın komandasını dəvət etməsə, onu impiçment edərlər.

ABŞ qadın milli komandası açıqlamasında bildirib ki, komanda dəvətə görə “səmimi qəlbdən minnətdardır”.

Bəyanatda deyilir: “Oyunlardan sonra cədvəl və əvvəllər planlaşdırılan akademik və peşəkar öhdəliklər səbəbindən idmançılar tədbirdə iştirak edə bilməyəcəklər”.

Qeyd edək ki, ABŞ qadın milli xokkey komandası İtaliyada keçirilən Olimpiya Oyunlarında finalda Kanadanı əlavə vaxtda 2-1 hesabı ilə məğlub edərək qızıl medal qazanıb.

ABŞ-nın kişilərdən ibarət komandası da finalda Kanadanı əlavə vaxtda 2-1 hesabı ilə məğlub edib.

V. QULİYEV

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
reyting.az

1Mənbələr