AZ

Rövlan: “Yaxşı nəticələrlə avrokuboklara vəsiqə qazana bilərik”

futbolpress-az saytından alınan məlumata görə, ain.az bildirir.

“Zirə” Premyer Liqanın XXI turunda “Turan Tovuz”a uduzub – 0:2. “Qartallar”ın müdafiəçisi Rövlan Muradov matçdan sonra “Futbolpress.az“ın suallarını cavablandırdı:

– Ardıcıl iki qələbədən sonra “Turan Tovuz”a uduzdunuz. Məğlubiyyətə səbəb nə idi?

– “Turan Tovuz”la oyunun ağır olacağını bilirdik. Ağır məğlubiyyət yaşadıq. Düşünürəm ki, qarşıdakı oyunlarda yaxşı oyunumuzla qələbələr qazanıb, məğlubiyyəti unutduracağıq.

– İlk 20 dəqiqədə buraxdığınız qollar həlledici oldu. Geridönüş niyə alınmadı?

– İlk hissədə oyunumuz alınmadı, səhvlər etdik. İkinci hissədə toparlandıq. Hücumlar etdik, oyunu çevirməyə çalışdıq, amma qollar vura bilmədik və uduzduq.

– “Turan Tovuz” avrokuboklara mübarizə yolunda əsas rəqiblərinizdədir. Bu məğlubiyyət hədəfə gedən yolda çətinlik yaratmayacaq?

– Düzdür, əsas rəqiblərimizdən birinə xal itirdik. Amma qarşıda daha çətin oyunlar var. Növbəti matçlarda toparlanıb, yaxşı nəticələrlə avrokuboklara vəsiqə qazana bilərik.

– Avrokuboklara vəsiqə üçün kubok yolu da var. Tovuzlularla fərqin artdığını nəzərə alsaq, əsas diqqəti bundan sonra kuboka yönəldəcəyinizi düşünmək olar?

– Hər iki yolda irəliləmək istəyirik. Öncə çempionatda “Araz-Naxçıvan”la oyun var. Bu matçda qələbə qazanmaq, daha sonra kubokda irəliləmək istəyirik. Kubokda hədəfimiz mərhələni keçməkdir. Bunun üçün çalışacağıq.

– Fərdi oyununu necə dəyərləndirirsən?

– Bununla bağlı məşqçilər düzgün dəyərləndirmə edər. Əlimə düşən hər şansdan maksimum yararlanmağa çalışıram.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
futbolpress.az

1Mənbələr