AZ

İranda helikopter meyvə-tərəvəz bazarına düşdü: 4 nəfər öldü

İranda helikopter meyvə-tərəvəz bazarına düşdü: 4 nəfər öldü

İranın İsfahan əyalətində helikopterin texniki nasazlıq səbəbindən meyvə-tərəvəz bazarına düşməsi nəticəsində 4 nəfər həyatını itirib. İran mediasında yer alan məlumatlara görə, İsfahan Valiliyi hadisənin Dorçi şəhərində baş verdiyini təsdiqləyib.

Qəza nəticəsində helikopterin pilotu və köməkçisi ilə yanaşı, bazarda olan iki nəfər də dünyasını dəyişib. Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə genişmiqyaslı araşdırmalara başlanılıb.

Helikopterin yerə çırpılmasından sonra ərazidə başlayan yanğın hadisə yerinə cəlb olunan xilasetmə qruplarının müdaxiləsi ilə nəzarətə alınıb.

Seçilən
10
afn.az

1Mənbələr