AZ

Bazarstore tıxacda qalan oruclular üçün iftar paketləri paylayıb

ain.az, Azvision saytına istinadən bildirir.

Nəqliyyatın daha sıx olduğu əsas küçə və prospektlərində hərəkətdə olan, iftar saatında yolda qalan sürücülər və müxtəlif səbəblərdən evə vaxtında çata bilməyən oruclular üçün xüsusi iftar sovqatları paylayıb. Təşəbbüsün başlıca məqsədi iftar zamanı uyğun şərait tapmayan və orucunu yolda açmağa məcbur qalan vətəndaşlara mənəvi dəstək göstərmək, eyni zamanda Ramazan ayının paylaşma, həmrəylik və yardımlaşma dəyərlərini təşviq etmək olub. Bazarstore sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq, cəmiyyətin rifahına töhfə verən layihələri gələcəkdə də davam etdirməyi planlaşdırır. AzVision.az

Qalereya

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
8
azvision.az

10Mənbələr