Ukrayna Prezidenti Volodimir Zelenski, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin “sonunun başlanğıcında” olduğunu bildirib, lakin ABŞ-ı Kremlə etibar etməməyə və Putinin “oyunlarına” inanmamağa çağırıb.
Financial Times-a verdiyi müsahibədə Zelenski, təhlükəsizliyin təmin edilməsi üçün möhkəm zəmanətlərin olmadan hər hansı bir atəşkəsin Rusiyanın növbəti hücumu üçün fürsət yarada biləcəyini vurğulayıb. O, ABŞ Prezidenti Donald Trump-a müraciət edərək, Vladimir Putinin “çox pis aktyor” olduğunu və onun dünya ilə oynadığını bildirib:
“Onlar çox pis aktyorlardır. Onlar Trampla və bütün dünya ilə oynayırlar. Bu belədir… Putin özünü inandırıcı göstərməyə çalışır, amma ona etibar etmək olmaz – o, pis aktyordur.”
Zelenski, Moskvadan gəlib çıxan və Kiyevin atəşkəs üçün hazırlıq gördüyü iddialarını rədd edib: “Bu, demagoji və yalandır… Fasilə onlara da bizə qədər lazımdır,” – deyə o bildirib.
Ukrayna Prezidenti, Rusiyanın hər ay 40 minə qədər hərbçi səfərbər etdiyini və ciddi itkilər verdiyini qeyd edib. O, Ukraynanın hər hansı bir fasiləyə yox, müharibənin sona çatmasına ehtiyacı olduğunu vurğulayıb: “Bizə fasilə yox, müharibənin sonu lazımdır – dünən, bu gün, sabah…”
Zelenski həmçinin, Ukrayna kəşfiyyatının 2025-ci ildə Rusiyanın işğal etdiyi ərazilərdəki irəliləyişinin hər bir kilometrə təxminən 167 itkiyə başa gəldiyini açıqlayıb.
Prezident, Vaşinqtonun Kiyevə qarşı təzyiqinin Moskva üzərindəki təzyiqdən daha güclü olduğunu etiraf edib, lakin ABŞ-ın mövqeyinin dəyişəcəyinə ümid etdiyini bildirib. Zelenski, xüsusən Rusiya “kölgə donanması” və enerji sektoruna qarşı yeni sanksiyalar tətbiq olunması çağırışı edib.
O, əlavə edib: “Ümid edirəm ki, Prezident Trump və ABŞ Rusiya üzərində təzyiqi artıracaq və Putini dayandıracaq. Amma mən ən çox Ukrayna xalqına, ordumuza və istehsalımıza güvənirəm,” – deyə o qeyd edib.
Zelenski, Ukraynanın öz silah istehsalını artırdığını və FP-5 “Flamingo” qanadlı raketlərinin Rusiyada iri raket zavodunu uğurla hədəfə aldığını açıqlayıb.
Ukrayna, müharibə şəraitində öz istehsal gücünü artıraraq, xarici ölkələrdən asılılığı azaltmağa çalışır və bu, ölkənin təhlükəsizlik strategiyasının bir hissəsidir.