AZ

Azərbaycanda uşaq qidaları niyə istehsal olunmur? Yüksək xərclər, ciddi standartlar...

Qaynarinfo saytına istinadən ain.az xəbər verir.

"Azərbaycanda uşaq qidaları idxaldan asılıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Akif Nəsirli Azərbaycanda uşaq qidalarının istehsal olunmamasının səbəblərini izah edib. 

Ekspert bildirib ki, yüksək istehsal xərcləri, sərt tələblər və bazarın məhdudluğu bu sahənin formalaşmasına mane olur və bazar əsasən idxaldan asılı qalır:

"Bu sahə yüksək texnologiya, xüsusi laboratoriya nəzarəti və beynəlxalq keyfiyyət sertifikatları tələb edir. Körpə qidaları adi ərzaq məhsulu deyil – onların tərkibi, təhlükəsizliyi və saxlanma şərtləri ciddi standartlara uyğun olmalıdır. Bu isə böyük maliyyə yatırımı və müasir avadanlıq deməkdir".

Ekspert həmçinin yerli bazarın kiçik olduğunu vurğulayıb:

"İstehsal üçün qoyulan sərmayənin geri dönüşü uzun zaman ala bilər. Sahibkarlar üçün idxal edilmiş hazır məhsulu satmaq daha az riskli və sərfəlidir. Hazırda bazarda əsas məhsullar Avropa ölkələrindən, Türkiyədən və Rusiyadan gətirilir və bu ölkələrdə uşaq qidası uzun illərdir formalaşmış sənaye sahəsidir".

Akif Nəsirli xammal məsələsinin də mühüm amil olduğunu xatırladıb:

"Uşaq qidasının hazırlanması üçün yüksək keyfiyyətli süd və digər inqrediyentlər lazımdır. Yerli xammalın beynəlxalq standartlara cavab verməsi üçün əlavə nəzarət və infrastruktur tələb olunur. Bundan əlavə, logistika, qablaşdırma və uzunmüddətli saxlanma texnologiyaları da əlavə xərclər yaradır".

Bahar Rüstəmli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
qaynarinfo.az

1Mənbələr