GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.
Hazırda elektron jurnallar yalnız Bakıdakı ümumtəhsil müəssisələrində tətbiq edilir və paytaxt məktəblərində kağız jurnallardan artıq istifadə olunmur.
Globalinfo.az-ın məlumatına görə, Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsilin rəqəmsallaşması” mövzusunda keçirilən brifinq zamanı açıqlama verib.
O bildirib ki, bəzi regionlar da elektron jurnal sisteminə pilot layihə çərçivəsində qoşulub:
“Hazırda tətbiq prosesində qarşıya çıxan çətinliklər və mövcud imkanlar təhlil olunur. Qoşulma zamanı hər hansı texniki problem yaranarsa, məktəblərə dəstək göstərilir, kompüter təminatında çətinlik yaşayan təhsil müəssisələrinə isə müvafiq yardım edilir”.
Zaira Akifqızı
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.