AZ

Qadını təhqir etmək kişilikdir?

ain.az, Axsham.az portalına istinadən məlumat yayır.

"Bizdə Sovetskidə mümkün deyildi nişanlının, sevgilinin, ən nəhayət həyat yoldaşının əlindən tutasan... Nə yalan deyim, "geridəqalmışlıq" adı ilə bunu müasirləşdirməyə çalışanlar az olmadı. Amma indi görürük və qanmağa başlayırıq ki, bəzi şeylərin sərhədlərini aşmaq olmazmış. Olmaz da...".

Axşam.az xəbər verir ki, bu sözləri aktyor kamran Ağabalayev deyib. Aktyor qadın-kişi münasibətlərindən danışıb. O bildirib ki, kişilər qadınları təhqir edirlər:

"Sərhədləri aşanda qadın sehrini itirir, o qədər itirir ki, hətta uşaq, qocalar evində yardım üçün orada olan qadın, kimliyindən asılı olmayaraq, dırnaqarası bığıburma kişilər tərəfindən söyülür, təhqir edilir... Klaviatura arxasında gizlənmək rahatdır. Budur kişilik? Bəs şərq? Bəs mental dəyərlər? Bəs namus? Bəs qeyrət? Ümid edirəm qarşınıza qoyub, fikirləşməyə hələ papağınız var".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
axsam.az

1Mənbələr