AZ

Rusiyanın doqquz bankı və 50 gəmisi Britaniyanın sanksiya hədəfində

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 24 fevral, AZƏRTAC

Böyük Britaniya hökuməti Rusiyaya qarşı sanksiya siyahısını 297 maddə ilə genişləndirib.

AZƏRTAC xəbər verir ki, siyahıya 240 hüquqi və yeddi fiziki şəxs, həmçinin 50 gəmi salınıb.

Sanksiya paketinə aşağıdakı şəxslər və qurumlar daxil edilib: Rusiyanın doqquz bankı, “Rosatom” şirkətinin bir neçə strukturu, “Transneft” şirkəti, Birləşmiş Ərəb Əmirliklərinin 142, Çinin 39, Tailandın üç və Hindistanın iki şirkəti, “Toçka Bank”, “Qazprom SPQ Portovaya” MMC, Varşavada yerləşən “Alliance Capital” şirkəti və Gürcüstanın iki televiziya kanalı.

Böyük Britaniya Xarici İşlər Nazirliyi bu sanksiya paketini müharibənin ilk aylarından bəri qəbul edilmiş ən böyük məhdudiyyətlər siyahısı adlandırıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
3
azertag.az

4Mənbələr