AZ

BakuBus a məxsus avtobus qırmızı işıqda keçdi VİDEO

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı şəhəri, Mehdiabad qəsəbəsi, Fatmayı yolunda "BakuBus" MMC-yə məxsus 147 nömrəli marşrut avtobusun yol hərəkətini qaydasını pozması digər nəqliyyat vasitəsini idarə edən sürücünün narazılığına səbəb olub.

Oxu.Az xəbər verir ki, sürücülərdən biri tərəfindən çəkilən videoda sözügedən avtobusun işıqforun qırmızı işığının tələbini də pozduğu qeydə alınıb.

"BakuBus"a məxsus avtobus qırmızı işıqda keçdi - VİDEO

Məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib ki, sürücü barəsində daxili intizam qaydalarına uyğun olaraq intizam tənbehi tədbiri tətbiq ediləcək:

"BakuBus" MMC-nin istismarında olan 147 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusların birində nəqliyyat vasitəsini idarə edən sürücü Mehdiabad qəsəbəsi, Fatmayı yolunda yol hərəkəti haqqında qanunvericiliyin tələblərini pozaraq, düzgün manevr etməyib və eyni zamanda işıqforun qadağanedici (qırmızı) işarəsinə əməl etməyib. Sürücü barəsində daxili intizam qaydalarına uyğun olaraq intizam tənbehi tədbiri tətbiq ediləcək. Bununla yanaşı, sürücü ilə profilaktik söhbət aparılacaq və təkrarən təlim proqramına cəlb olunacaq".

Aygün Mirakif

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
oxu.az

1Mənbələr