AZ

Maşınınız hər an alışa bilər: Sürücülərin etdiyi üç böyük səhv VİDEO

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Son zamanlar sosial şəbəkələrdə və xəbər platformalarında nəqliyyat vasitələrinin yanması ilə bağlı məlumatlara tez-tez rast gəlinir. Bəzən maşınlar hərəkətdə olarkən, bəzən isə dayanmış vəziyyətdə qəfil alışır. Bu hallar həm yeni, həm də köhnə avtomobillərdə baş verir.İstər hərəkətdə, istərsə də dayanmış vəziyyətdə olan maşınların alışması ictimai təhlükəsizlik baxımından ciddi problemdir.Mütəxəssislərin sözlərinə görə, son dövrlərdə nəqliyyat vasitələrinin tez-tez yanmasının əsas səbəblərindən biri peşəkar ustaların azlığı, eləcə də sürücülərin texnikaya özbaşına müdaxilələr etməsidir.Avtomobil ustası Sahil Ağabəyli Baku TV-yə bildirib ki, sürücülər yeni maşın aldıqları andan etibarən onu müxtəlif üsullarla "bəzəməyə" başlayırlar, əlavə işıqlandırma sistemləri quraşdırılır, maqnitofonlar və müxtəlif elektron cihazlar əlavə olunur."Naqillər bəzən qoruyucular olmadan, necə gəldi çəkilir. Zaman keçdikcə naqillərin üzlüyü zədələnir. Uyğunsuz və səhv birləşmələr nəticəsində isə yanğın riski artır. Belə hallarda yanğının əsas səbəbkarı çox vaxt sürücülərin özləri olur. Çünki yanacaq sisteminə və ya elektrik naqillərinə edilən qeyri-peşəkar müdaxilələr sonda avtomobillərin yanmasına gətirib çıxarır", - deyə o qeyd edib.Avtobloqer Araz Mübarizoğlu isə bildirib ki, texnikanın elektron sisteminə edilən lazımsız müdaxilələr də yanğın riskini artırır."Çin istehsalı olan bəzi modellərdə isə məsələ bir qədər fərqlidir. Xüsusilə "plug-in" hibrid nəqliyyat vasitələrində litium-ion batareyalarının yanma riski yüksək olur. Batareyanın alt hissədən zədə alması və sürücünün bunu hiss etməməsi və ya buna əhəmiyyət verməməsi yanğına səbəb ola bilər.Ən azından sürücülər peşəkar ustaları araşdırmalı və texnikaya müdaxiləni yalnız mütəxəssislərə etibar etməlidirlər. Ən əsası isə istehsalçının tövsiyələrindən kənara çıxmamaqdır", - deyə o vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
3
avtosfer.az

4Mənbələr