Reyting.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Türkiyə Daxili İşlər Nazirliyi (DİN) son 10 gündə 75 əyalətdə keçirilən əməliyyatlarda 958 kiloqram narkotik maddə müsadirə edildiyini və 888 şübhəlinin həbs olunduğunu bildirib.
Reyting.az xəbər verir ki, DİN-nin açıqlamasına görə, narkotik satıcılarını hədəfə alan əməliyyatlar Baş Prokurorluq və Təhlükəsizlik Baş İdarəsinin Narkotik Cinayətlərinə Qarşı Mübarizə Departamenti ilə koordinasiyalı şəkildə 75 əyalətdə aparılıb.
Əməliyyatlara 2500 komanda, 6325 personal, 17 təyyarə və 38 narkotiki aşkarlayan it cəlb edilib. Əməliyyatlarda 1699 şübhəli saxlanılıb, onlardan 888-i həbs edilib və 246-sına məhkəmə nəzarəti tədbirləri tətbiq olunub. Digər şübhəlilər üçün məhkəmə prosesi davam edir.
Axtarışlar zamanı 958 kiloqram narkotik və 1.263.058 narkotik həbi müsadirə edilib.
V. QULİYEV
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.