AZ

"Real"ın keçmiş ulduzu gözəllərə qiymət verməkdən imtina etdi: Nə baş verir?

"Real"ın və "Çelsi"nin əfsanəvi futbolçusu Klod Makelele nəticələrin saxtalaşdırıla biləcəyi barədə iddialar fonunda “Miss Universe” yarışmasının münsifi rolundan imtina edib.

Publika.az xəbər verir ki, 53 yaşlı sabiq yarımmüdafiəçisi əvvəlcə təklifə həvəslə razılıq vermiş, yeni təcrübəyə açıq olduğunu və gözəl qadınları görməyi sevdiyini bildirmişdi. Lakin o, şəxsi səbəblərə əsaslanaraq iştirakdan çəkilib.

Daha sonra rəsmi münsiflər gəlməzdən əvvəl top-30 iştirakçı üçün gizli səsvermə keçirildiyi iddiaları ortaya çıxıb.

Eyni zamanda münsif rolundan imtina edən musiqiçi Omar Harfuş bildirib ki, proses zamanı maraqların toqquşması və nəticələrin manipulyasiyası kimi pozuntuların mümkünlüyü var idi.

Seçilən
1
publika.az

1Mənbələr