AZ

Britaniya və Fransa Ukraynanı nüvə silahları ilə təchiz etməyə hazırlaşır - İDDİA

Britaniya və Fransa Ukraynanı nüvə bombaları ilə silahlandırmaq planları hazırlayır.

Missiya.Az xəbər verir ki, bunu Rusiyanın Xarici Kəşfiyyat Xidməti iddia edir.

Xidmət bildirir ki, Avropa ölkələri silah ötürülməsini Ukraynanın özünün inkişafı kimi təqdim etməklə əməliyyatın üstünü ört-basdır etmək istəyirlər.

Qeyd edilib ki, Fransanın TN75 döyüş başlığı M51.1 raketindən istifadə olunmaqla Kiyevə göndərilə bilər. Xidmət həmçinin qeyd edir ki, Britaniya və Fransa Nüvə Silahlarının Yayılmaması Müqaviləsini pozmaqla məsuliyyətdən yayınmayacaqlar.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
0
missiya.az

1Mənbələr