ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Qəzza zolağındakı münaqişənin həlli üçün ABŞ-ın rəhbərlik etdiyi təşəbbüs olan Qəzza Sülh Şurası ingilis və ərəb dillərində versiyaları olan rəsmi veb sayt istifadəyə verib.
Bizimyol.info xəbər verir ki, bu barədə 10-cu sayında ABŞ Dövlət Katibinin Qlobal İctimaiyyətlə Əlaqələr üzrə köməkçisi Dilan Conson məlumat verib.
Veb saytda Şuranın əsas təsis sənədləri, o cümlədən Qəzza sülh planı, idarəetmə orqanları və onların tərkibi təqdim olunur. Bundan əlavə, portalda Sülh Şurasının fəaliyyəti ilə bağlı hesabatların dərc olunacağı ayrıca xəbər bölməsi mövcuddur.
22 yanvarda Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində 19 ölkənin nümayəndələri Qəzza sülh prosesinin bir hissəsi olaraq yaradılmış Sülh Şurasının Nizamnaməsini imzalayıblar. Təşkilat İsrail və HƏMAS arasında Qəzzanı idarə etmək barədə razılaşmaya uyğun olaraq yaradılıb, lakin onun digər bölgələrdəki münaqişələrin qarşısını almaq və həll etmək üçün də çalışacağı gözlənilir.
Qadir, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.