Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Volvo Cars elektrik avtomobillərində aşkar edilən mümkün nasazlıq səbəbindən genişmiqyaslı geri çağırma elan edib. Şirkət ümumilikdə 40 323 ədəd Volvo EX30 modelini servisə dəvət edir.Demokrat.az xəbər verir ki, problem akkumulyator batareyalarının həddindən artıq qızma ehtimalı ilə bağlıdır. Bildirilir ki, müəyyən istehsal partiyalarında batareyanın temperatur idarəetmə sistemi ilə bağlı uyğunsuzluq yarana bilər. Bu isə nadir hallarda olsa da, təhlükəsizlik riski formalaşdırır.Şirkət açıqlamasında indiyədək hadisə və ya xəsarət faktının qeydə alınmadığını vurğulayıb. Geri çağırma qərarı isə mümkün risklərin qarşısını almaq məqsədi daşıyır.Servis kampaniyası çərçivəsində avtomobillər texniki baxışdan keçiriləcək, batareya idarəetmə sistemi yoxlanılacaq və zərurət yaranarsa proqram təminatı yenilənəcək. Bəzi hallarda əlavə texniki müdaxilə də mümkün ola bilər.Qeyd edək ki, EX30 modeli Volvo-nun ən çox satılan elektrik krossoverlərindən biri hesab olunur və son illər şirkətin elektrikləşmə strategiyasında mühüm yer tutur.İsmayıl
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.