AZ

Çindən Yaponiyaya ixrac qadağası

Çin, Yaponiya Baş naziri xanım Sanae Takaiçinin Tayvana hərbi müdaxilə ehtimalını eyham edən açıqlamalarından sonra yaranan diplomatik gərginliyin davamı olaraq 20 yapon şirkətini ixrac nəzarəti siyahısına daxil etdiyini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Çin Ticarət Nazirliyi tərəfindən yayılan açıqlamada qeyd olunub ki, siyahıya daxil edilən şirkətlər arasında “Mitsubishi Heavy Industriesin” müdafiə sənayesi və gəmiqayırma sahəsində fəaliyyət göstərən törəmə müəssisələri də var.

Şirkətlərin Yaponiyanın hərbi strukturuna töhfə verdiyi əsas gətirilərək sanksiya tətbiq edildiyi vurğulanıb.

Qərara əsasən, Çin şirkətlərinin adıçəkilən yapon şirkətlərinə hərbi və mülki ikili təyinatlı məhsullar ixrac etməsi qadağan olunub.

Eyni zamanda, xarici şirkət və şəxslərin də mənşəyi Çin olan bu tip məhsulları sözügedən şirkətlərə satması yasaqlanıb.

Digər tərəfdən, avtomobil istehsalçısı “Subaru”nun törəmə müəssisələrinin də daxil olduğu 20 yapon şirkət istehsal etdikləri hərbi və mülki ikili təyinatlı məhsulların son istifadəçiləri müəyyən edilə bilmədiyi üçün ixrac izləmə siyahısına salınıb.

Bundan sonra Çin şirkətləri həmin müəssisələrə hərbi və mülki təyinatlı məhsullar satmaq üçün xüsusi risk qiymətləndirmə hesabatı təqdim etməli, qarşı tərəfdən isə bu məhsulların Yaponiyanın hərbi məqsədləri üçün istifadə olunmayacağına dair yazılı öhdəlik almalıdır.

Seçilən
9
1
cebheinfo.az

2Mənbələr