AZ

Sabiq deputat Türkiyədə əməliyyat zamanı vəfat etdi

Sabiq deputat Türkiyədə əməliyyat zamanı vəfat etdi

Milli Məclisin keçmiş deputatı Mahir Aslanov vəfat edib.

AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sabiq millət vəkili Türkiyənin İzmir şəhərində dünyasını dəyişib.

Məlumata görə, Mahir Aslanov İzmirin “Medicana” xəstəxanasında keçirilən ürək əməliyyatı zamanı vəfat edib. Onun cənazəsinin ölkəyə gətirilməsi istiqamətində hazırlıqlar görülür.

Qeyd edək ki, M.Aslanov 1949-cu il noyabrın 22-si Naftalan şəhərində anadan olub. O, 2010-2020-ci illərdə Milli Məclisin IV və V çağırış deputatı kimi fəaliyyət göstərib.

Allah rəhmət eləsin!

Seçilən
4
afn.az

1Mənbələr