AZ

Kəlbəcərdə ağır qəza oldu -

Kəlbəcər rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün təxminən saat 11 radələrində Çaykənd kəndi ərazisində qeydə alınıb.

DAF markalı, 77-JP-763 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisəyə səbəb kimi yolun sürüşkən olması göstərilir.

Qəza nəticəsində sürücü 40 yaşlı E. Əhmədov yüngül bədən xəsarətləri alıb.

Hadisə yerinə polis əməkdaşlarının cəlb olunduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
13
2
metbuat.az

3Mənbələr