AZ

“Bu, qızılın bahalaşma trendinin dayanması anlamına gəlmir” Ekspert

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

“Bu ilin yanvarında ABŞ ilə İran arasında münasibətlərin yenidən gərginləşməsi qızıl bazarına əhəmiyyətli təsir göstərib. Hazırda müşahidə olunan müəyyən ucuzlaşma yalnız qısa müddətli dövrə – yanvar ayının sonlarında bir neçə sessiya ərzində formalaşan qiymətlərə aid edilə bilər. İki gün ərzində bir unsiya qızılın qiyməti 5600 dollara qədər yüksəldi. Sonra gözlənilən korreksiya baş verdi və qiymət 4400 dollara qədər düşdü. Bu proses məntiqli idi, çünki həmin mərhələdə geosiyasi və institusional gərginlik pik həddə çatmışdı. Sonradan daha ehtiyatlı davranış siqnallarının verilməsi qiymətlərin müəyyən qədər optimallaşmasına səbəb olub, lakin bu, qızılın bahalaşma trendinin dayanması anlamına gəlmir”.

İqtisadçı ekspert Rəşad Həsənov bunu 525.az-a söyləyib. O vurğulayıb ki, beynəlxalq maliyyə korporasiyalarının proqnozlarına əsasən, 2026-cı il ərzində də qızılın bahalaşma meyllərinin davam edəcəyi gözlənilir. Orta hesabla ilin sonuna doğru bir unsiya qızılın qiymətinin 6000 dollara qədər yüksələ biləcəyi ehtimal olunur. Müvafiq institutların qiymətləndirməsinə görə, qızılın qiymətini yuxarı istiqamətdə təzyiq altında saxlayan fundamental amillər hələ də qüvvədədir.

Sevinc Qarayeva 

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
525.az

1Mənbələr