AZ

Cəzaların sərtləşdirilməsi... - Deputat süni intellektlə bağlı məsələdən DANIŞDI

Son illərdə süni intellekt texnologiyalarının sürətlə yayılması və geniş tətbiqi ilə bir çox şəxslərin şəxsi məlumatlarının qanunsuz şəkildə ələ keçirilməsi halları artıb. Bu məlumatlar bəzən şantaj və digər qanunsuz məqsədlər üçün istifadə olunur ki, bu da cəmiyyət üçün ciddi təhlükə yaradır.

Adalet.az-ın xəbərinə görə, bu barədə fikirlərini açıqlayan deputat Qüdrət Həsənquliyev qeyd edib ki, hazırkı normativ-hüquqi bazada belə halların qarşısını effektiv şəkildə almaq üçün ciddi boşluqlar mövcuddur.

Deputat əlavə edib ki, cinayətlərin sayının artması fonunda mövcud cəzaların sərtləşdirilməsi və hüquqi tənzimləmələrin yenilənməsi zəruridir.

“Əgər cinayətlərin sayı artarsa, mövcud cəza tədbirlərini sərtləşdirmək qaçılmazdır. Bu baxımdan qanunvericiliyə yenidən baxmaq və cəzaları müasir dövrün tələblərinə uyğunlaşdırmaq vacibdir”, – deyə o bildirib.

O, həmçinin vurğulayıb ki, məlumat təhlükəsizliyinin qorunması, vətəndaşların şəxsi hüquq və azadlıqlarının təmin edilməsi, eləcə də süni intellektin sui-istifadəsinin qarşısının alınması üçün qanunvericilikdə müvafiq dəyişikliklərin tətbiqi mütləqdir. Bu dəyişikliklər həm texnoloji yeniliklərin hüquqi çərçivəyə salınmasını təmin edəcək, həm də vətəndaşların məlumatlarının qorunmasına əlavə zəmanət yaradacaq.

Seçilən
1
adalet.az

1Mənbələr