AZ

Əfsanəvi boksçular revanş döyüşünə çıxacaqlar

Əfsanəvi boksçular Floyd Meyvezer və Menni Pakyao sentyabrın 19-da revanş döyüşünə çıxacaqlar.

İdman.Biz xəbər verir ki, qarşılaşma Las-Veqasdakı “Sphere” arenasında keçiriləcək və bütün dünya üzrə canlı yayımı “Netflix” platforması həyata keçirəcək.

Qeyd edək ki, F. Meyvezer revanşa 50 qələbə (27 nokaut) və məğlubiyyətsiz rekordla (50-0) çıxacaq. Pakyaonun aktivində isə 62 qələbə (39 nokaut), səkkiz məğlubiyyət və üç heç-heçə var.

Rəqiblərin ilk döyüşü 2015-ci ilin mayında baş tutmuş və “Əsrin döyüşü” adlandırılmışdı. Həmin görüşdə Floyd Meyvezer qalib gələrək yarımağır çəkidə WBA, WBC və WBO versiyaları üzrə dünya çempionu kəmərlərini qorumuşdu.

İdman.Biz
Seçilən
21
idman.biz

1Mənbələr