AZ

ABŞ İrana zərbə endirmək ərəfəsindədir İsrail ordusu hazır vəziyyətə gətirildi

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İsrail rəhbərliyi bölgədə vəziyyətin kəskinləşdiyini etiraf edir və mümkün ssenarilərə hazırlaşdığını bəyan edir.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Baş nazir Benyamin Netanyahu ölkənin “çətin günlər” yaşadığını bildirərək, yaxın perspektivlə bağlı qeyri-müəyyənliyə diqqət çəkib.

Netanyahu qeyd edib: “Biz çətin günlər yaşayırıq. Sabahın nə gətirəcəyini heç kim bilmir. Gözlərimiz açıqdır və istənilən ssenariyə hazırıq…”

Məlumata görə, İsrail hakimiyyəti ABŞ-nin İrana qarşı yaxın günlərdə mümkün hərbi zərbə endirməsi ehtimalını real ssenari kimi nəzərdən keçirir. Yerli media yazır ki, Təl-Əviv Vaşinqtonun addımlarına paralel olaraq müdafiə və cavab tədbirlərini koordinasiya edir.

İsrailin Milli Təhlükəsizlik Araşdırmaları İnstitutu (INSS)nun məlumatına görə, hazırda Yaxın Şərq regionunda 200-dən çox ABŞ döyüş təyyarəsi yerləşdirilib. Onların arasında azı 36 ədəd çoxməqsədli, “görünməz” sayılan F-35 qırıcıları var.

Bundan əlavə, Avropa və Böyük Britaniyadakı bazalardan daha 100-ə yaxın təyyarənin qısa müddətdə bölgəyə köçürülə biləcəyi bildirilir. ABŞ qüvvələrinin tərkibinə həmçinin təxminən 100 ədəd hava yanacaqdoldurma, kəşfiyyat və nəqliyyat təyyarəsi daxildir.

Şərqi Aralıq dənizində isə iki zərbə aviadaşıyıcısı – USS Abraham Lincoln və USS Gerald R. Ford yerləşdirilib. Onları 12 raket esminesi müşayiət edir.

Məlumata görə, Müdafiə naziri Yoav Kats və İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir də təhlükəsizlik müşavirələrində iştirak edirlər. İsrail Müdafiə Qüvvələri (SAXAL) mümkün regional eskalasiya risklərini qiymətləndirir və müxtəlif ssenarilər üzrə planları yeniləyir.

Hazırkı vəziyyət göstərir ki, Vaşinqtonun mümkün hərbi addımı təkcə İranla məhdudlaşmaya, daha geniş regional qarşıdurmaya səbəb ola bilər. İsrail tərəfi isə açıq şəkildə bəyan edir ki, istənilən inkişaf variantına qarşı hazırlıqlıdır.

"AzPoltika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
azpolitika.info

1Mənbələr