AZ

Abubakar “Neftçi”nin hansı oyunçusuna vurğundu?

“Neftçi”nin ulduz futbolçusu Vensan Abubakar “Neftçi” TV-nin “Sual-cavab” rubrikasının növbəti qonağı olub. Kamerunlu futbolçu azarkeşlərin ona ünvanladığı sualları cavablayıb. O, “komandada ən istedadlı futbolçu?” sualına belə cavab verib.

“Bir oyunçu var ki, məşqdə etdiklərini oyunda da edə bilsə, çox yaxşı gələcəyi olar. Bu, Emil Səfərovdu. Komandada ən istedadlı odu. Onun çox böyük potensialı var. O başa düşməlidi ki, məşqdə göstərdiyi səviyyəni və etdiklərini oyuna da ötürməlidi”.

Abubakar Emil Səfərovu bəyəndiyini “baş məşqçi olsan, “Neftçi”dən hansı futbolçuları transfer edərdin?” sualına da ən birinci “Səfərov” cavabını deyib. O, Emildən başqa Falaye Sako, Freddi Varqas və Elvin Camalovun adını çəkib.

MÜZƏFFƏR QULUZADƏ
Seçilən
1
football-plus.az

1Mənbələr