Beynəlxalq Stolüstü Tennis Federasiyasının yaradılmasının 100 illiyi və Bakının 2026-cı il “Dünya İdman Paytaxtı” seçilməsinə həsr olunan “Baku Open” turniri keçiriləcək.
Azərbaycan Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, “Şüa İdman Kompleksi”ndə təşkil olunacaq turnirdə əsasən həvəskar və veteran stolüstü tennisçilər bacarıqlarını göstərəcəklər.
Peşəkar idmançılar yalnız qoşa yarışlarda (bir peşəkar və bir həvəskar olmaqla) mübarizə aparacaqlar.
4-5 aprel / 11-12 aprel tarixlərində keçiriləcək yarışın mükafat fondu 3000 manat olacaq. Turnirə qatılmaq istəyənlər Azərbaycan Stolüstü Tennis Federasiyasına müraciət edə bilərlər.
Qabil YUSİFOĞLU
XQ