Mingəçevir Sənaye parkıərazisində dəyəri 153 milyon manat olan tekstil klasteri müəssisəsinin təməlinin qoyulması planlaşdırılır. Layihə çərçivəsində 2300-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Ümumilikdə, Azərbaycanda sənayeləşmə prosesi sürətlə davam edir. 2026-cı ildə sənaye parklarında ümumi dəyəri 300 milyon manat olan müəssisələrin fəaliyyətə başlaması və 3 minə yaxın yeni iş yerinin açılması gözlənilir.
Bu il bir sıra sənaye parklarında yeni müəssisələrin açılışı planlaşdırılır. Bunlar arasında Şuşa Sənaye Parkı, Ağdam Sənaye Parkı, Araz Vadisi İqtisadi Zonası Sənaye Parkı (Cəbrayıl), Hacıqabul Sənaye Parkı və Pirallahı Sənaye Parkı yer alır.
Qeyd olunur ki, nəzərdə tutulan layihələr ölkə sənayesinin dayanıqlılığının artırılmasına, regionların iqtisadi inkişafına və rəqabətqabiliyyətli istehsalın genişlənməsinə mühüm töhfə verəcək.