AZ

"BakuBus"ın sürücüsü niyə avtobus zolağı ilə hərəkət etmir? - VİDEO

Bakı şəhəri, Moskva prospektində "BakuBus" MMC-yə məxsus 13 nömrəli marşrut avtobusunun sürücüsünün müəyyən edilmiş - öz yolu ilə deyil, sol zolaqda hərəkət etməsi fərdi nəqliyyat vasitələrinin sahiblərinin narazılığına səbəb olub.

Bizim.Media xəbər verir ki, vətəndaşlar sözügedən ərazidə avtobuslar üçün sağda ayrıca zolaq ayrıldığı halda ictimai nəqliyyat vasitəsinin sürücüsünün sol yolda hərəkət etdiyini, bu zaman fərdi avtomobillərin hərəkətinə maneə yaratdığını diqqətə çatdırıblar.

Sürücülərdən biri qeydə aldığı videoda bildirir ki, sözügedən vəziyyət yolda hərəkəti çətinləşdirir:

"Fərdi avtomobillər avtobus zolağında hərəkət edərkən cərimə tətbiq olunur. Lakin avtobuslar öz yolundan çıxıb sol zolaqda gedəndə heç bir tədbir görülmür". (Oxu.az)


Bizim.Media

Seçilən
10
bizim.media

1Mənbələr