AZ

İran ABŞ-nin regiondakı planlarına zərər verir

İranın addımları amerikalıların və müttəfiqlərinin regiondakı maraqlarına ciddi təsir göstərə bilər.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə mənbələrə istinadən “NBC News” məlumat yayıb.

Qeyd edirlər ki, İran hələ də böyük atəş gücünə malikdir və cavab tədbirləri uzunmüddətli münaqişə riskini artırır.

Fevralın 17-də Cenevrədə Omanın vasitəçiliyi ilə İran və ABŞ arasında nüvə danışıqlarının ikinci mərhələsi keçirilib. 

İran bəzi məsələlərdə razılığın əldə olunduğunu açıqlayıb, ABŞ isə hələ bir neçə mövqenin qəbul edilmədiyini bildirib. Yeni görüş fevralın 26-da planlaşdırılır.

Seçilən
11
1
cebheinfo.az

2Mənbələr