AZ

Naxçıvan Sənaye Parkında ilk rezident 2026-cı ildə qeydiyyatdan keçəcək

Naxçıvan Sənaye Parkının ilk rezidentinin 2026-cı ildə qeydiyyatının başa çatdırılması planlaşdırılır. Hazırda parkın konsept layihəsi və şəhərsalma sənədləri üzrə işlər davam etdirilir.

 

Naxçıvan Sənaye Parkı 2004-cü ildə müvafiq fərmanla yaradılıb. 2026-cı ildə cənab Prezidentin sərəncamına əsasən park ərazisində şəhərsalma və memarlıq layihələrinin hazırlanması prosesi həyata keçirilir. Layihələndirmə zamanı müasir standartlar və normativ tələblər nəzərə alınır.

 

Parkın inkişafı ilə bağlı Naxçıvan Muxtar Respublikasında yerli sahibkarlarla mütəmadi görüşlər keçirilir. Görüşlər zamanı yaradılacaq infrastruktur, sahibkarlara təqdim olunacaq imkanlar və biznes mühitinin genişləndirilməsi istiqamətində nəzərdə tutulan tədbirlər barədə məlumat verilir.

 

Qeyd olunur ki, sənaye parkında yeni iş yerlərinin yaradılması və sahibkarlığın təşviqi əsas prioritetlər sırasındadır. İlk mərhələdə parkın fəaliyyətə başlaması ilə regionun iqtisadi inkişafına əlavə töhfə veriləcəyi gözlənilir.

Seçilən
28
anews.az

1Mənbələr