AZ

""Müəllim" mobil tətbiqi müəllimin öz tədrisini təşkil etməsi üçündür"

“Müəllimlərin fəaliyyətini rahatlaşdırmaq üçün "Müəllim" mobil tətbiqini istifadəyə vermişik”.

Redaktor.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsilin rəqəmsallaşması” mövzusunda media nümayəndələri üçün keçirilən brifinqdə bildirib.

“Yanvar ayından geniş istifadə olunur. Əsas məqsəd müəllimlərə gündəlik dərs planlarının planlaşdırılmasında dəstək olmaqdır. Əlavə olaraq, şagird və valideynlərlə əlaqə yaratmaq imkanı da təqdim edir. Bu, daha çox müəllimin öz tədrisini təşkil etməsi üçündür. On minlərlə yükləmə görürük", - o əlavə edib.

Aytəkin TOFİQQIZI

Seçilən
11
redaktor.az

1Mənbələr