AZ

İranda helikopter qəzaya uğradı: ölənlər var

İranın İsfahan əyalətinin Xomeynişəhr rayonunun Dörçeh şəhərində hərbi vertolyot qəzaya uğrayıb.

“İki sahil” İran KİV-nə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb.

İsfahan qubernatorluğunun Böhran Vəziyyətlərinin İdarə Edilməsi üzrə baş direktoru pilot və ikinci pilotun həlak  olduğunu açıqlayıb.

Həmçinin meyvə-tərəvəz bazarında iki köşk sahibinin də öldüyü bildirilib. Daha 1 nəfərin yaralandığı qeyd edilb.

Seçilən
14
1
ikisahil.az

2Mənbələr