Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta Ukraynanın paytaxtı Kiyevə səfər ediblər.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə məlumatı avropalı rəsmilər “X” hesabında paylaşıblar.
Onları Kiyevdə Ukraynanın XİN rəhbəri Andrey Sibiqa qarşılayıb.
Lyayen bunun Rusiya-Ukrayna müharibəsinin başlamasından bu yana Kiyevə sayca onuncu səfərinin olduğunu bildirib.
Xatırladaq ki, bu gün Rusiya və Ukrayna arasında 2022-ci ildə başlayan genişmiqyaslı müharibənin dördüncü ili tamam olur.
"Cebheinfo.az"