İranda helikopter qəzaya uğrayıb. Vətəninfo.az xəbər verir ki, bu barədə İRİB məlumat verir.
İlkin məlumatlara görə, bir müddət əvvəl İsfahan yaxınlığında yerləşən Darça şəhərindəki meyvə-tərəvəz bazarında helikopter qəzaya uğrayıb.
Qəzaya uğrayan təlim helikopteri İran İslam Respublikası Ordu Hava Qüvvələrinə məxsus idi.
Qəzanın səbəbi və mümkün itkilərlə bağlı rəsmi məlumatlar hazırda dəqiqləşdirilir.
